Elnarə Rzayevanın pis günə qoyduğu daha bir şəxs - FOTOLAR

Kosmetoloq Elnarə Rzayevanın qurbanlarının sayı durmadan artır. Onlardan biri də Səlmi Əhmədova adlı pasientdir.
Axşam.az-a şikayət edən Səlmi deyir ki, Elnarəyə dodağındakı biopolimeri (gel) əritmək üçün müraciət edib. Onun sözlərinə görə, prosedurları etmək üçün kosmetoloqa 800 manat ödəyib:
“Düz bir il 20 gündür əməliyyatın üstündən keçir. Hər gün Elnarənin yanına getsəm də, məni yola verirdi. Deyirdi ki, get, sabah gələrsən. Nəhayət bu gün onunla üzbəüz görüşdüm. Elədiyini boynuna almadı. Dedi, daha sənə heç cürə kömək edə bilmərəm, get, kimə şikayət edirsən, et, heç kimdən qorxmuram”.
Qeyd edək ki, bu, Rzayeva haqda ilk şikayət deyil. Bundan əvvəl də bir neçə müştərisi onun prosedurlarından şikayət edib. Onlar kosmetoloqun etdiyi prosedurlardan sonra dodaqlarında, üzlərində yaralar əmələ gəldiyini bildiriblər. Bəziləri hətta Elnarə tərəfindən döyüldüyünü söyləyib. Müştərilər kosmetoloqla bağlı məhkəməyə müraciət ediblər.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlyas İsmayılovun oğlunu öldürən keçmiş polis rəisi belə tutuldu - VIDEO
Daha bir qurum sürüşmə haqda açıqlama yaydı
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ
Türkiyə Çindən peyvənd almağa hazırlaşır
Şəhriyar Məmmədyarovun atası: O, kimlərəsə ağız açmaq, yalvarmaq istəmir
Azərbaycan əsilli rusiyalı jurnalistin qətli ilə bağlı qəribə iddialar



