Elmar Vəliyev oğlunu küçə söyüşləri ilə söyüb, səsə qonşular yığışıb - Sən demə, atasından gizli...
Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevlə oğlu Elmir Vəliyev arasında qalmaqal baş verib.
Nəticədə ata-oğul bir-birinin ünvanına ağır ifadələr səsləndirib, bu zaman yaranan səs-küyə qonşular toplaşıb.
Musavat.com xəbər verir ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran E.Vəliyevin Göygöl rayonundakı qonşularından biri deyib ki, narazılıq mal-mülk üstündə olub.
Belə ki, Elmar Vəliyev külli miqdarda borclu olduğu şəxslərdən birinə Yevlax rayonu ərazisində yerləşən dəvə fermasını təklif edib. Xatırladaq ki, keçmiş icra başçısı hələ Yevlaxda icra başçısı olduğu dövrdə bu təsərrüfatı qurub, daha sonra inkişaf etdirərək yüzdən artıq dəvəyə sahib olub.
Mənbə bildirib ki, E.Vəliyevlə borc sahibi arasında anlaşma əldə olunsa da təhvil-təslim baş tutmayıb. Fermanın sənədləşdirməsi zamanı məlum olub ki, keçmiş icra başçsının oğlu Elmir Vəliyev atasından xəbərsiz həmin fermanı başqa şəxsə satıb. Əsl həngamə də bu sirrin üstü açılanda baş verib. Oğlunu küçə söyüşləri ilə təhiqr edən Elmar Vəliyevin qəzəbli bağırtısına qonşular toplaşıb. Şahidin dediyinə görə, oğlu da atasının söyüşlərinə adekvat cavablar qaytarıb.
Mübahisə Elmar Vəliyev oğlunu evdən qovması ilə yekunlaşsa da, qalmaqalın bununla bitəcəyi ağlabatan görünmür.
Çünki,icra başçısı olduğu dövrdə milyonlarla dollar borca girən E.Vəliyevin əmlakını sataraq vəziyyətdən çıxmaq cəhdləri bu və ya digər səbəblərdən mümkün olmur…
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu