"Ege Hospital”da səhv əməliyyat edilən Qarabağ qazisi vəfat etdi (FOTO)
Bir müddət əvvəl “Ege Hospital”da həkimlər tərəfindən incidilən 1-ci qrup Qarabağ qazisi Həsənov Rəhim Abbas oğlu vəfat edib.
Minval.info medicina.az-a istinadla xəbər verir ki, qazimiz Bərdə rayonunun Küsərli kənd qəbiristanlığında dəfn edilib. Dəfndə R.Abbasovun yaxınları, Qarabağ döyüşçüləri iştirak edib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
R.Həsənov 1968-ci ildə Ağdam rayonu Kosalı kəndində anadan olub. 708 saylı hərbi hissənin tərkibində Ağdam-Ağdərə istiqamətlərində döyüşən qazi bir ayağını cəbhədə itirib. Son zamanlar ağır ürək əməliyyatı keçirib. Hər iki böyrəyi fəaliyyətini itirmişdi. Sağ qalan ayağında isə çürümə gedirdi. Bir müddət əvvəl “”Ege Hospital” da həkim tərəfindən aldadılaraq ayağında uğursuz əməliyyat aparılmışdı və bunun müqabilində ondan 3212 manat alınmışdı. “Qarabağ qaziləri” birliyi müdaxilə edəndən sonra Qazinin pulu tam şəkildə özünə geri qaytarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı


