17.04.2020 - 17:29
Hadisə 1 baxış

DYP maşınının üzərində pivəylə foto çəkdirən saxlanıldı - Foto

Bakıda Dövlət Yol Polisinə məxsus xidməti maşınların üzərinə çıxaraq şəkil çəkdirən gənc saxlanılıb. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov  açıqlamasında bildirib ki, həmin şəxsin maşınların üzərində pivə içən zaman çəkilmiş fotoları ilə bağlı araşdırmalar aparılıb.

Məlum olub ki, həmin gənc Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayevdir.

O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə təhvil verilib.


Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: