Dünyanın ən bahalı futbolçuları – SİYAHI

“CİES Football Observatoru” araşdırma mərkəzi dünyanın ən bahalı futbolçularını açıqlayıb.
Azvision.az xəbər verir ki, mərkəzin hesabatına əsasən, “Pari Sen-Jermen”in və Fransa yığmasının hücumçusu Kilian Mbappe dünyanın ən bahalı futbolçusu seçilib. Onun dəyəri 216,5 milyon avro təşkil edir.
Mbappedən sonra ən bahalı oyunçu “Tottenham Hotspur” və İngiltərə yığmasının hücumçusu Harri Keyn hesab edilir (197, 3 milyon avro). İlk üçlüyü Paris klubunun hücumçusu Neymar qapayır (197 milyon avro).
İlk 10-luqda Məhəmməd Salah (“Liverpul”, 173 milyon avro), Filipp Koutinyo (“Barselona”, 171,3 milyon), Lionel Messi (“Barselona”, 170,6 milyon), Rahim Sterlinq (“Mançester Siti”, 164,6 milyon), Romelu Lukaku (“Mançester Yunayted”, 164,3 milyon), Dele Alli (“Tottenham”, 163,4 milyon) və Antuann Qrizman (“Atletiko”, 157,7 milyon) yer alıblar.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mahir Emreli ilə bağlı pis xəbər
“Barselona”nın yeni qapıçısı o ola bilər
“Mxitaryan qorxursa, özünə uşaq bezi alsın” - Əfsanəvi futbolçu
Portuqaliyalı hakimin “Qarabağ”ın oyununa gəlməməsinin səbəbi açıqlanıb
"Barcelona" Messinin ad gününü belə təbrik etdi - VİDEO