Dünyada koronavirusun daha bir ştamı aşkarlanıb
Fransanın cənubunda koronavirusun yeni ştamı aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə Avstriyanın “Heute” qəzetinin elektron versiyası məlumat yayıb.
Nəşr qeyd edib ki, naməlum ştamm Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkarlanıb. Mütəxəssislər virusun bu ştamının Afrika ölkəsində geniş yayıldığını istisna etmirlər. Qəzet yazır ki, testlər bütün yoluxmuş insanlarda mutasiyanın yeni birləşməsini aşkarlayıb.
Yeni versiya B.1.640.2 adını alıb və Marsel həkimləri tərəfindən kəşf edilib. Fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən olunduğu bildirilir. Bu ştamın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.
Fransanın cənubunda yeni mutasiyanın aşkar edilməsi ilə bağlı məlumat bazar ertəsi axşam da ən böyük almandilli mediada yayılıb.
Qeyd edək ki, alimlər, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tanınmış mütəxəssisləri koronavirusun yeni mutasiyalarının aşkarlanacağı barədə xəbərdarlıq edirdilər.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada 10 min polis işdən çıxarıldı
Türkiyə Suriya ilə sərhədə əlavə hərbi texnika toplayır
Ərdoğan ABŞ-a gedir
“Ermənistan cəhənnəmdə addımlayır” – Paşinyan
Gürcüstanda Putini təhqir edən aparıcı efirdən uzaqlaşdırılıb
ABŞ-ın Kabilə zərbəsi zamanı ölən dinc sakinlərin sayı 12-yə çatıb
Qərb Ukraynada gizli, Rusiya isə açıq... – Ekspert