Dünya mediasında Ərdoğanın qalibiyyəti - "Daha böyük gücə sahib oldu"
Türkiyə daha bir tarixi günü geridə buraxdı. Ölkədə eyni gündə həm parlament seçkiləri, həm də prezident seçkiləri keçirildi. Əhalinin böyük bir qisminin qatıldığı seçkilərdə Ərdoğan yeni sistemin ilk prezidenti seçilməklə tarixə düşüb.
Minval.İnfo xəbər verir ki, Ərdoğanın qalibiyyəti dünya mediasında müxtəlif reaksiyalara səbəb olub.
“Ərdoğanın seçkilərdə qalibiyyəti ona Türkiyədə daha böyük güc verəcək”
Bu başlıqla “NewyorkTimes” Ərdoğanın qalibiyyətini oxucularına çatdırıb. Məqalədə Erdoğanın bu qalibiyyət ilə vəkillər, hakimlər, məmurlar və jurnalistlər üzərində təsirini artıra biləcəyi bildirilib.
“Türkiyə seçkiləri: Ərdoğan qalibiyyət çıxışında mübarizlikdən danışdı”
“TheGuardian” seçkilərin nəticələrini bu başlıqla açıqladı. Xəbərdə əsasən Ərdoğanın qalibiyyət çıxışına yer verilib. Əroğanın Suriya siyasətini dəvam etdirəcəyi bildirilib.
“Ərdoğan Türkiyənin yeni sisteminin ilk prezidenti oldu”
“Alijazeera” Ərdoğanın qalibiyyətin bu sözlərlə ifadə edib. Agentliyin müxbirləri küçələrə qalibiyyəti qeyd etmək üçün çıxan insanların fikirlərini öyrənib.
Avropa mediası, xüsusilə alman mediası Ərdoğanın qalibiyyətini tənqidi məqalələrlə açıqlayıb. Şərq ölkələrində isə bu xəbər böyük sevinclə qarşılanıb.
Qeyd edək ki, Ərdoğan seçkilərdə 52,55 faiz səs toplamaqla seçkilərin ikinci tura saxlanılmasının qarşısını ala bilib.
Tamerlan
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə Təhlükəsizlik Şurasından Ermənistana XƏBƏRDARLIQ
Rauf Arifoğlu Naximov küçəsini sakinləri ilə görüşdü - FOTOLAR, VİDEO
Tramp: “ABŞ və Türkiyə əla münasibətlər qura bilərlər”
İlham Əliyev Putinə zəng edib
Ərdoğan: “Qərbə etibar yoxdur”