Dünya Bankı: “Qlobal iqtisadi artım yavaşlayacaq”
“2023-2024-cü illərdə qlobal iqtisadi artımın yavaşlaması proqnozlaşdırır”.
“Report” xəbər verir ki, bu fikri Böyük Britaniyanın “Sky News” telekanalına müsahibəsində Dünya Bankının prezidenti Devid Malpass deyib.
Onun sözlərinə görə, yaxın iki ildə qlobal iqtisadiyyatın güclü bərpasını gözləmək çətindir:
“Söhbət uzun müddət davam edən yavaşlamadan gedir. Keçmişdə öyrəşdiyimiz kimi, müəyyən dövrü əhatə etməyəcək. Bu, yüksək inflyasiyanın davam etməsi və yeni investisiyaların olmaması ilə bağlıdır”.
Bu kontekstdə Malpass xərclərini azaltmaq və prioritetləri düzgün təyin etmək məcburiyyətində qalan dövlətlər üçün sağlam iqtisadi siyasətin qurulmasının vacibliyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlər üçün yeni maaş artımı şansı!
Gecikmiş 517 min manat işçilərə ödənildi
Ət bahalaşır, kəndli subsidiya ala bilmir
Neftin qiymətində artım: Brent 97 dolları keçdi
Lerikdə sakinlərin çəkdirdiyi yol üç günə dağıldı
Bazarlarda üzüm bahalaşdı: Qiymətlər yüksəlir!
Neft qiymətləri yüksəlir: Bazarlar təlaşda