Duda MKİ direktoru ilə təhlükəsizlik məsələlərini müzakirə edib
Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yasek Severa bildirib ki, ölkəsinin Prezidenti Andjey Duda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns ilə təhlükəsizlik vəziyyətini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Severa tviter sosial şəbəkəsində yazıb.
“Axşam Prezident Andjey Duda Ankara və Kiyevə səfərindən sonra Varşavada olan Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernslə danışıb. Söhbət zamanı ümumi təhlükəsizlik vəziyyətinə, son hadisələrin kontekstinə toxunulub. Bu gün Polşa-ABŞ xətti üzrə çox iş var”, – Severa qeyd edib.
Polşanın daxili işlər naziri Mariuş Kaminski də tviterdə bildirib ki, Bernslə görüşüb və onunla digər məsələlərlə yanaşı, Polşanın Prjevodov kəndinə düşən raketlə bağlı insidenti də müzakirə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ