DTX kasıbların ərzağını mənimsəyən məmuru belə həbs etdi - ƏMƏLİYYATIN VİDEOSU
Xəbər verdiyimiz kimi, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Minval.info-nun məlumatına görə, Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilmiş və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib.
Bundan başqa, o, aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarını mənimsəyib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
https://www.youtube.com/watch?v=d3OG1ktzOJ4&feature=youtu.be
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı