24.09.2018 - 11:47
Ölkə
26 baxış
DSX dənizdə 4 nəfəri xilas etdi - FOTOLAR
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd¬birlərinin həyata keçirilməsi davam etdirilir.
DSX-dan “Minval.İnfo”ya verilən xəbərə görə, 2018-ci ilin 21 sentyabr tarixində saat 10:55 radələrində DSX Sahil Mühafizəsinin “Pirallahı” sahil nəzarəti məntəqəsinə “Çİ-3508” bort nömrəli gəzinti təyinatlı üzmə vasitəsinin mühərriyində yaranmış nasazlıq səbəbindən 4 nəfər heyət üzvünün dənizdə batmaq təhlükəsi ilə üzləşmələri barədə məlumat daxil olub.
Sahil nəzarəti məntəqəsindən alınmış məlumat əsasında DSX Sahil Mühafizəsinin dövlət sərhədinin mühafizəsi xidmətində olan “Şahdağ” tipli sərhəd gözətçi gəmisi hadisə yerinə göndərilib və saat 13:00 radələrində Çilov adasından 3 mil məsafədə üzmə vasitəsi aşkar olunub.

Üzmə vasitəsində olan heyət üzvləri – Məmmədov İbad Ramiz oğlu, İbrahimov Əhliman Əlifağa oğlu, Əmrahova Səkinə Ağəli qızı və Xankişiyeva Samirə Həsən qızı xilas edilib, üzmə vasitəsi Çilov adasının liman körpüsünə gətirilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
14.09.2026 - 11:17
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
14.09.2026 - 10:56
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
14.09.2026 - 10:07
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
14.09.2026 - 10:00
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
14.09.2026 - 09:25
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
14.09.2026 - 08:50
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
13.09.2026 - 21:17
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
13.09.2026 - 19:25
