Dövlət qurumu şəhid ailələrinə müraciət etdi
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) ölkənin ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-nə qədər həlak olmuş, ölmüş və itkin düşmüş hərbi qulluqçuların vərəsələrinə müraciət edib.
Minval.info-nun məlumatına görə, müraciətdə deyilir ki, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11 000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.
“Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müarciət edə və sığorta ödənişini ala bilərsiniz”, – müraciətdə qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fatma Abdullazadə haqda şok iddia: 50 milyon dollar borc...
İTV-nin baş direktoru məlum oldu
“Dedi ki, qızını qaçırmışıq, iş işdən keçib” - İntihar edən tələbənin atası
Aysunun videosunu yaydığı baş həkim işdən çıxarıldı - VİDEO
Masazırda komendant 3 nəfəri niyə güllələdi? - Şok təfərrüat - Foto
“Qanı torpağa tökülməsə də, Xəzərə töküldü...”