02.08.2026 - 10:37
Lent
60 baxış
Dövlət qulluğunda yeni mərhələ: Bu gün 1 125 namizəd imtahan həyəcanı yaşayacaq
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı təşkil edəcək.
Minval.info xəbər verir ki, bu barədə DİM rəsmi məlumat yayıb. İmtahanda iştirak etmək üçün 1 125 namizəd qeydiyyatdan keçib.
Namizədlər imtahana şəxsiyyət vəsiqələrinin əsli və “İmtahana buraxılış vərəqəsi” ilə gəlməlidirlər. İmtahan iki növbədə baş tutacaq: birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 16:00-da başlayacaq. Saat 09:45-dən və 15:45-dən sonra imtahan binasına gələnlər imtahana buraxılmayacaqlar.
İmtahanın keçirilməsi üçün 12 zal administratoru, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı cəlb olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
90 mindən çox müəllimə əməkhaqqı artımı tətbiq edilib
13.11.2026 - 13:25
Müəllimlər üçün daha bir qadağa imzalandı
13.11.2026 - 12:42
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
07.11.2026 - 11:14
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
05.11.2026 - 11:14
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
02.11.2026 - 11:24
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
02.11.2026 - 10:24
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
26.10.2026 - 17:34
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
20.10.2026 - 16:24