Dövlət Miqrasiya Xidmətinin yeni rəhbəri bir neçə rəis və müavinləri işdən çıxardı - Siyahı

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov artıq ciddi kadr islahatlarına başlayıb.
Minval.İnfo-nun “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, yeni rəisin kadr islahatları çərçivəsində bir neçə şəxs vəzifəsindən kənarlaşdırılıb.
Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.
İşdən çıxarılanlar arasında həmçinin daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və 2 əməkdaşı da var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məzhəb ayrı-seçkiliyi: Ağdaşda regional konfrans keçiriləcək
Fermerlərə yeni subsidiya imkanları təqdim edildi
Bakının əsas yollarında nəqliyyat sıxlığı artıb
Bakıda və rayonlarda elektrik fasilələri olacaq
Ət bahalaşır, kolbasa istehsalı sürətlənir
Azərbaycan taekvondoçuları İsveçrədə zirvəyə yüksəldi
Mançester Yunayted və Evertondan gərgin heç-heçə