Donuz təsərrüfatları yoxlanılır - Nazirlik

Xüsusilə Gürcüstana yaxın yerləşən bölgələrdə donuz təsərrüfatı ilə məşğul olan kənd sakinlərinin təsərrüfatına baxış keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, nazirlik yanında Dövlət Baytarlıq Xidməti Qax rayonunun Qaxingiloy kənd sakini Papiaşvili Zuraya məxsus 10 baş, Əlibəyli kənd sakini Şioşvili Aludaya məxsus 15 baş donuz saxlanılan təsərrüfatlarda olublar.
Baytarlıq mütəxəssisləri təsərrüfatlarda saxlanılan donuzlara kliniki baxış keçiriblər. Kliniki müayinə zamanı donuzların heç bir infeksion xəstəliyin əlamətləri aşkar edilməyib. 3 aydan yuxarı donuzlarda qarayara xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Həmçinin donuzlar saxlanılan ərazilərin mexaniki təmizliyindən sonra 430 kvadratmetr sahədə profilaktik dezinfeksiya və dezinseksiya işləri icra edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.
Minval.İnfo / Samral
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır