Dondurma alarkən nələrə diqqət yetirmək lazımdır?
Əgər dondurma yeyərkən boğazda acılıq hissi yaranırsa, bu, onun tərkibinə yağlılğı təmin etmək üçün kərə yağı əvəzinə marqarin və yaxud bitki yağları qarışdırıldığını göstərir.
Minval.İnfo gencaile.az-a istinadən bildirir ki, bunu mətbuata açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
E.Hüseynov bildirib ki, dondurma dilin üzərində qoyulduqda təzə qaymaq dadı verməlidir: “Dondurmanın yağlılığını artırmaq üçün standartlara görə tərkibinə yalnız kərə yağı qarışdırılmalıdır”.
AİB sədri bildirib ki, əhali dondurmanın bükülməsinə də diqqət yetirməlidir. Belə ki, əgər məhsul əzik şəkildə bükülübsə bu, onun isti temperatur rejiminə məruz qaldığını və çirkləndiyini göstərir: “İsti temperatura məruz qalan dondurmadan imtina etmək lazımdır. Bir də, çalışmaq lazımdır ki, bir gündə 200-300 qramdan çox dondurma yeyilməsin. Əgər çox yeyilərsə, insanların bədən temperaturu aşağı düşə bilər və xəstələnər. Rəngli dondurmalar da məsləhət deyil, çünki tərkibinə bəzən rəngləndiricilər əlavə olunur”.
E.Hüseynov bildirib ki, dondurmaların satış şəbəkəsində saxlanma müddəti 3 aydan çox olmasa da, məhsulu anbarlarda -18 dərəcədə 6 ay, hətta bir il saxlamaq olar.
AİB sədri məhsulun buraxılma və son istifadə tarixinə, “qaynar xətt”inin olub-olmamasına da diqqət yetirməyin vacib olduğunu da vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mosu "McDonalds"a çıxıb, özünü atmaq istədi - FOTO-VİDEO
Qarabağ Komitəsi mitinq üçün BŞİH-ə müraciət göndərdi
Bakıya qar yağmamasının səbəbinə dair ilginc iddia
Azərbaycanda qadın NAZİR təyin edildi - FOTO
Azərbaycanda siqaretin qiyməti kəskin qalxdı
AFFA-dan sərt qərar - “Neftçi”nin məşqçisinə 20 oyunluq cəza