13.08.2026 - 13:37
Lent 17 baxış

DNT testi iki uşaqlıq dostunu əslində bacı olduğunu ortaya çıxardı

Hindistanda uşaq evlərində böyüyən və daha sonra Niderlandda müxtəlif ailələr tərəfindən övladlığa götürülən iki qadın, illər sonra DNT testi vasitəsilə bioloji bacı olduqlarını kəşf ediblər.

Minval.info xəbər verir ki, 43 yaşlı Meena Geltink və 44 yaşlı Minal Tijssen, Niderlandın fərqli şəhərlərində böyüyüblər və 1996-cı ildə övladlığa götürülmüş uşaqlar üçün təşkil olunan bir tədbirdə tanış olublar. Fiziki oxşarlıqları və aralarındakı güclü bağ səbəbilə bir-birlərinə zarafatla “bacı” deyə müraciət ediblər. Lakin zamanla əlaqələri kəsilib və 15 il boyunca görüşməyiblər.

Bu ilin aprel ayında keçirilən DNT testi nəticəsində onların bioloji bacı olduqları 100 faiz dəqiqliklə təsdiqlənib. Minal, telefonuna gələn bildirişdə “bacı” sözünü gördükdə böyük təəccüb yaşadığını bildirib. Daha sonra sosial şəbəkələrdəki fotolardan uşaqlıq dostu Meena olduğunu müəyyənləşdirib. Meena isə görüşdən sonra özünü “evindəki kimi” hiss etdiyini deyib. Bacılar həqiqəti öyrəndikləri gündən etibarən hər gün əlaqə saxlayırlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: