"Sabah" - "Barselona" matçında ölən əcnəbi baş direktor imiş
“Sabah” – “Barselona” oyununda ölən rusiyalı azarkeş Anton Aleksandroviç Petrişşevlə bağlı yeni məlumatlar ortaya çıxıb. Oxu.az-ın “SHOT” “Telegram” kanalına istinadən verdiyi xəbərə görə, 39 yaşlı Anton UEFA Çempionlar Liqasının bu oyununu izləmək üçün Azərbaycana səfər edib.
Matç zamanı halı pisləşən azarkeş tribunada huşunu itirərək yıxılıb. Ətrafdakıların çağırışı ilə gələn həkimlər onun həyatını xilas edə bilməyib. İlkin məlumata görə, ölümün səbəbi ürək çatışmazlığı olub. Anton Krasnoyarsk diyarının İqarka şəhərində doğulsa da, son illər Moskvada yaşayıb.
Anton layihələndirmə və tikinti şirkətinin baş direktoru və daşınmaz əmlakın icarəsi ilə məşğul idi. İki uşaq atası olan Anton tez-tez Maldiv adalarında dincəlirmiş və “Lokomotiv Moskva” klubunun azarkeşi olub. Ölümündən bir neçə gün əvvəl, 23 noyabrda 39 yaşını qeyd edib.
Bakıda baş verən bu hadisə oyunun ikinci hissəsində, Bakı Olimpiya Stadionunda qeydə alınıb. Antonun meyiti müayinə üçün morqa təhvil verilib və faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Naxçıvanla sərhədə hərbi texnika toplayır? - Rəsmi açıqlama
"Sabah" - "Barselona" matçında ölən əcnəbi baş direktor imiş - Foto
Ramiz Mehdiyev və köməkçisinin apellyasiya şikayətinə baxıldı
Qahirədə yanacaq tankeri qəzası 31 nəfərin ölümünə səbəb oldu
Aralıq dənizində tanker batdı: 7 min ton dizel yanacağı daşıyırmış
FHN 7 nəfəri xilas etdi, 5 nəfərə köməklik göstərdi