Amerikalı model Coyote: Şükran Günü soykırımı təmsil edir
Birləşmiş Ştatlar, hər il olduğu kimi bu il də noyabrın son cümə axşamında Şükran Günü’nü qeyd edəcək. Lakin bu tədbirə qarşı Yerli Amerikalıların tənqidləri davam edir.
Minval.info xəbər verir ki, Los-Ancelesdə yaşayan tanınmış Yerli Amerikalı model və aktivist Coyote, CNN Türk-ə verdiyi müsahibədə Şükran Günü’nün yerli xalqlar üçün əhəmiyyətini dəyərləndirdi. O, bu günün yalnız bir məhsul bayramı olmadığını, əslində bir soykırımın başlanğıcını təmsil etdiyini vurğuladı.
Coyote, Şükran Günü 1621-ci ildə İngilis müstəmləkəçiləri ilə Yerli Amerikalılar arasında keçirilmiş bir görüş kimi izah edilsə də, gerçəyin fərqli olduğunu bildirdi. O, “Yerli Amerikalılar və İngiltərədən gələn müstəmləkəçilər arasında bəzi sülhsevər tədbirlər ola bilərdi, lakin bu sülh uzun sürmədi” dedi.
Model və aktivist Coyote, 1637-ci ildə baş verən Pequot qətliamının ardından “Şükran Günü”nün rəsmi olaraq qeyd edilməyə başlandığını bildirdi. O, “Yerli Amerikalılar yuxudaykən müstəmləkəçilər gəlib onları diri-diri yandırdılar. Bu hadisə haqqında heç danışılmır” deyə qeyd etdi.
Coyote, müstəmləkəçilərin gəlməsindən sonra 5 milyon Yerli Amerikalının ya öldürüldüyünü, ya da kölə edildiyini vurğuladı. O, Şükran Günü’nün əslində milli bir yas günü olduğunu ifadə etdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ SpaceX-ə kosmosda 1 milyon peyk üçün icazə verdi
İsrail Qəzza üçün yeni hərbi əməliyyat təhdidini irəli sürdü
İsrailin yeni Qəzza əməliyyatı ilə bağlı təhdidləri artıb
Zəngəzur dəhlizində tikinti başladı, ABŞ-dan reaksiya gəldi
ABŞ-ın Nyu-Cersi ştatında fövqəladə vəziyyət elan edildi
İlon Mask ABŞ-dəki uşaqlara "SpaceX" səhmləri təklif edir