"Sabah" - "Barselona" matçında ölən əcnəbi baş direktor imiş - Foto
“Sabah” və “Barselona” arasında keçirilən UEFA Çempionlar Liqası matçında bir rusiyalı azarkeşin ölüm xəbəri gəlib.
Oxu.az-ın “SHOT” “Telegram” kanalına istinadən verdiyi məlumata görə, 39 yaşlı Anton Aleksandroviç Petrişşev adlı rusiyalı azarkeş oyunu izləmək üçün Azərbaycana səfər edib. Oyun zamanı halı pisləşən Petrişşev tribunada huşunu itirib və dərhal tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını itirib. İlkin ehtimallara görə, ölümün səbəbi ürək çatışmazlığıdır.
Petrişşev əslən Krasnoyarsk diyarının İqarka şəhərindən olsa da, son illərini Moskvada keçirib. O, layihələndirmə və tikinti şirkətinin baş direktoru olaraq çalışırdı və daşınmaz əmlak icarəsi ilə məşğul idi. İki uşaq atası olan Anton, tez-tez Maldiv adalarına səfər edirdi və əsasən “Lokomotiv Moskva” klubunun azarkeşi idi. Ölümündən bir neçə gün əvvəl, yəni noyabrın 23-də, 39 yaşını qeyd etmişdi.
Hadisə Bakı Olimpiya Stadionunda oyunun ikinci hissəsində baş verib. Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib və faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Naxçıvanla sərhədə hərbi texnika toplayır? - Rəsmi açıqlama
"Sabah" - "Barselona" matçında ölən əcnəbi baş direktor imiş
Ramiz Mehdiyev və köməkçisinin apellyasiya şikayətinə baxıldı
Qahirədə yanacaq tankeri qəzası 31 nəfərin ölümünə səbəb oldu
Aralıq dənizində tanker batdı: 7 min ton dizel yanacağı daşıyırmış
FHN 7 nəfəri xilas etdi, 5 nəfərə köməklik göstərdi