“Diz çökənə qədər bizi sıxacaqlar” - Lukaşenko
Belarus müəssisələri Qərb şirkətlərinin ölkədən çıxarılması şəraitində Rusiyanı istənilən avadanlıqla təmin etməyə hazırdır.
Modern.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Voronej vilayətinin qubernatoru Aleksandr Qusevlə görüşündə bildirib.
Lukaşenko vurğulayıb ki, vaxtilə Belarus sənayenin inkişafında öz gücünə arxalanıb və bu işdə uduzmayıb.
“Bizdə Rusiyadakı qədər sərt idxalın əvəzlənməsi məsələsi yoxdur. Biz ümid edirdik ki, almanlar yaxşıdır, amerikalılar da, onlarda hər şeyin yaxşısının olduğuna inanırdıq. Deməli, bu bizə üç dəfə baha başa gəlirdi, indi isə ümumiyyətlə idxal əvəzləməsi yoxdur. Bunlar belə partnyorlardır – diz çökənə qədər sıxacaqlar. Ona görə də biz bu gün Rusiya ilə istənilən vaxt istənilən istiqamətdə əməkdaşlığa hazırıq”, – Belarus prezidenti bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!