DİQQƏT: Pensiyaçılar üçün avtobusdan istifadə daha ucuz ola bilər... - VACİB AÇIQLAMA
“Bir çox ölkələrdə pensiyaçılar, əlilliyi olan şəxslər və digər həssas sosial qruplar üçün ictimai nəqliyyatdan güzəştli və ya ödənişsiz istifadə imkanları yaradılıb. Bu, həm onların sosial rifahının yaxşılaşdırılmasına, həm də gündəlik xərclərinin azalmasına xidmət edir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında İqtisadçı Asif İbrahimov səsləndirib:
“Azərbaycanda da belə bir mexanizmin tətbiqi mümkündür. Lakin bunun üçün dövlət büdcəsinin imkanları, ictimai nəqliyyatın maliyyələşmə modeli və daşıyıcıların gəlirlərinə təsiri ətraflı hesablanmalıdır. Güzəşt tətbiq ediləcəyi halda, yaranan maliyyə fərqi dövlət tərəfindən subsidiya şəklində kompensasiya olunmalıdır ki, nəqliyyat xidmətinin keyfiyyəti və davamlılığı zərər görməsin. Hazırkı iqtisadi şəraitdə bu məsələ daha çox sosial siyasətin prioritetləri ilə bağlıdır. Əgər hökumət pensiyaçılara əlavə sosial dəstək tədbirlərini genişləndirmək qərarı versə, ictimai nəqliyyatda güzəştli tariflər də həmin paketə daxil edilə bilər. Bununla yanaşı, güzəştlərin bütün pensiyaçılara deyil, daha aşağı təqaüd alan və ehtiyacı olan şəxslərə ünvanlı şəkildə tətbiqi daha səmərəli olar. Bu, həm dövlət vəsaitindən daha effektiv istifadə edilməsinə, həm də sosial ədalətin təmin olunmasına imkan verər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məcburi köçkünlər üçün mühüm qərar: Yeni evlər şəxsi mülkiyyət olacaq
Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ - 15 iş günü ərzində...
Ucuz ev almaq istəyənlərin NƏZƏRİNƏ
3 və daha çox uşağı olan qadınlara ŞAD XƏBƏR
Göndərilən o SMS düz çıxdı - 500 manat verilir - FOTO