“Diqlas”dakı sahibkarlara kompensasiyaların verilməsinin tarixi açıqlandı
“Diqlas” ticarət mərkəzində baş verən yanğından zərər çəkən sahibkarlara kompensasiya çərçivəsində ilkin ödənişlərə sabahdan başlanacaq. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, bununla bağlı hazırlanmış qaydalara əsasən, ziyan çəkən sahibkarlar müvafiq ərizə formalarını dolduraraq müraciət edəcəklər.
“Sahibkarlar ərizə ilə müraciət edib, “Kapital Bank” və ya “Azər-Türk Bank” kartları vasitəsilə bu xidmətdən yararlana biləcəklər. Banklar kartları və xidmətlərini pulsuz təqdim edəcəklər və heç bir komissiya tutulmayacaq”, – deyə nazir bildirib.
Məbləğə gəldikdə isə nazir qeyd edib ki, Prezident tərəfindən ilkin olaraq maddi yardım üçün 3 mln. manat ayrılıb: “Maddi yardım ilkin olaraq mağaza sahibkarlarına 10 min manat həcmində, piştaxta sahiblərinə 2 min manat həcmində ödəniləcək. Sonradan ziyanın məbləği dəqiqləşəndən sonra tam ziyanın həcmi sahibkarlara ödəniləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?