DİN-dən şəhidlərin ruhuna hörmətsizlik edən gənc barədə açıqlama - VİDEO
Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunub.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin mühəndisi Sabir Həsənov bildirib:
“Səbail Rayon Polis İdarəsi bu barədə məlumatlıdır və müvafiq araşdırma aparılır”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır:
“Vodeogörüntüdəki gənclərin şəxsiyyətlərinin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində iş aparılır. Səbail Rayon Polis İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə gənc oğlanın gecə saatlarında “Əbədi məşəl” abidə kompleksində musiqi fonunda akrobatik hərəkətlər edərək abidənin divarlarına çıxması görüntüləri yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi