DİN Neftçaladakı qətllə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Neftçalada baş verən qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən “Minval.İnfo”ya verilən məlumata görə, avqustun 5-nə keçən gecə Neftçala şəhəri ərazisində Bankə qəsəbə sakini Mahir Əliyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin gün şəhər ərazisində Mahir Əliyevlə həmyerlisi Saleh Ələkbərov arasında münaqişə baş verməsi və sonuncunun onu döyərək qətlə yetirməsi müəyyən edilib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Ələkbərov tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək