DİN-dən Bakıda satıldığı iddia edilən körpə ilə bağlı AÇIQLAMA + FOTO
Bakıda 6 aylıq uşağın həyatı təhlükədə olması ilə bağlı məsələ araşdırılır.
Musavat.com xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, daxili işlər nazirliyinə daxil olan məlumatlar yoxlanılır:
“Körpənin həyatı və təhlükəsizliyi ilə bağlı bütün təfərrüatlar araşdırılır. İddialar nəzarətə götürülüb. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, ötən gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sığınacağa nənəsi tərəfindən 6 aylıq körpənin gətirildiyi ilə bağlı məlumatvermişdik. Belə ki, körpənin satıldığı və həyatının təhlükədə olduğu iddia edilirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Odessa yaxınlığında dron hücumu: İki azərbaycanlı həlak oldu
Qənirə Ataş: "Ölənləri günahlandırmaq ədalətsizlikdir
Zərdabda ad günü sevinci faciə ilə bitdi
90 yaşın sirri: Qəhvə, çəki və idman
Xocalıda ANAMA əməkdaşı minaya düşdü, xəsarət aldı
Qaxda BMW ağaca çırpıldı, sürücü xilas edildi
Şəkidə faciə: İstirahət mərkəzi sahibinin sirri