DİN-dən açıq havada maska taxmaqla bağlı əhaliyə MÜRACİƏT
Azərbaycanda yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv olunacağı gözlənilir.
“Minval.info” xəbər verir ki, bununla bağlı ötən gün TƏBİB-in Departament müdiri Yaqut Qarayeva danışıb.
O əlavə edib ki, bununla bağlı qaydalar hazırlanır və yaxın günlərdə elan olunacaq.
Qeyd edək ki, açıq havada maska istifadəsinin ləğvi ilə bağlı rəsmi qərar olmasa da, bəzi vətəndaşlar bunu artıq qadağanın aradan götürülməsi kimi başa düşüb. Nəticədə bu gündən etibarən müxtəlif küçə və prospektlərdə vətəndaşların maskadan istifadə etməməsi halları müşahidə olunub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, bununla bağlı Nazirlər Kabinetinin rəsmi qərarı olmalıdır: “Müvafiq qərar çıxana qədər açıq havada maska ilə bağlı qadağa qüvvədədir. Buna görə, heç bir vətəndaş maskadan imtina hallarına yol verməməlidir. Açıq havada və qapalı məkanlarda maskadan istifadə olunmalıdır ki, bu da vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...