DİM-dən abituriyentlərə: Yanlış məlumatlarla vaxt itirməyin!
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə abituriyentlərə və onların valideynlərinə mühüm tövsiyələr verib. O, rəsmi feysbuk hesabında paylaşdığı mesajda, informasiya bolluğu dövründə etibarlı mənbələrdən məlumat əldə etməyin əhəmiyyətini vurğulayıb.
Minval.info xəbər verir ki, Məleykə Abbaszadə, sosial şəbəkələrdə yayılan yanlış məlumatların imtahan iştirakçıları arasında narahatlıq yaratdığını bildirib. O, əksər sualların cavablarının DİM-in rəsmi internet səhifəsində və sosial media hesablarında yerləşdirildiyini qeyd edib.
DİM sədri, məlumatın ilk növbədə rəsmi mənbələrdən yoxlanılmasının vacibliyini vurğulayaraq, bunun vaxt itkisinin qarşısını aldığını və yanlış qərar riskini azaltdığını bildirib. O, əlavə suallar üçün vətəndaşların DİM-in 1653 Çağrı Mərkəzinə və ya çatbot xidmətinə müraciət edə biləcəyini də xatırladıb.
ƏLAQƏLİ
Meyvə-tərəvəz bolluğu qiymətləri niyə ucuzlaşdırmır? – Ekspertlərdən maraqlı açıqlamalar
2025-ci ildə Çağrı Mərkəzi 181 155 zəng cavablandırıb, 2026-cı ilin ilk yeddi ayında isə 99 780 müraciətə cavab verilib. Həmçinin, bu dövrdə DİM-in çatbotundan 70 178 dəfə istifadə olunub. Bu rəqəmlər göstərir ki, vətəndaşlar məlumat almaq üçün müxtəlif kanallardan fəal şəkildə istifadə edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dəniz kərimzadə yeni vəzifəsində: Agentlikdə diqqət Mərkəzində kim olacaq?
Azercell-dən musiqili yenilik: Zənglərinizə rəng qatın!
Rusiyada qadınlara hərbi çağırış...