“Desəm ki, “Qarabağ”ı atıb xaricdə işləmək istəyirəm…” - Qurban Qurbanov
“Avropa klublarından ciddi bir təklifim yoxdur, olmayıb da. Açığı, bu barədə düşünmürəm”.
Minval.info “Report”a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasını Avropada davam etdirmək ehtimalına münasibət bildirərkən deyib.
46 yaşlı mütəxəssis hazırda karyerasını Azərbaycanda davam etdirməyi üstün tutduğunu söyləyib: “Bir azərbaycanlı kimi Azərbaycan futboluna xidmət etməyi çox istərdim. Bu gün buna, yerli məşqçilərin öz futboçularımızla işləməsinə daha çox ehtiyac var. Hər şeyə real baxmaq lazımdır. Desəm ki, “Qarabağ”ı atıb xaricdə işləmək istəyirəm – bu düzgün olmaz. Bu kluba hörmətsizlik etmək istəmirəm. “Qarabağ”da 11-ci ildir işləyirəm və həmişə sadiq olmağa çalışmışam. Ayrıldıqda da sadiq biri kimi bunu etmək istəyirəm”.
Qeyd edək ki, Q.Qurbanov bir müddət əvvəl paralel olaraq çalışdığı Azərbaycan millisinin baş məşqçisi postunu tərk edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurban Qurbanov: "Vilyarreal"ın necə komanda olduğunu bilirik"
Millimizin futbolçusu rəsmən Rusiya Premyer Liqasında
Salah namaz qıla bilmədi, fanatları və jurnalistləri ittiham etdi
UFC rəhbəri anons etdi: Konorun növbəti rəqibi Həbib olacaq
"Messi futbolun yeganə dahisidir" - Kapello