29.10.2026 - 13:14
ABŞ Rusiyaya güzəştə getdi: Lavrovu müşayiət edən jurnalistlərə viza məhdudiyyəti qaldırıldı
Dünya 183 baxış

ABŞ Rusiyaya güzəştə getdi: Lavrovu müşayiət edən jurnalistlərə viza məhdudiyyəti qaldırıldı

ABŞ, Rusiyanın xarici işlər naziri Sergey Lavrovu G20 xarici işlər nazirlərinin görüşündə müşayiət edən jurnalistlərə ərazi məhdudiyyəti olmayan viza təqdim edib. Publika.az xəbər verir ki, bu addım rusiyalı jurnalistlərin ABŞ daxilində daha sərbəst hərəkət etməsinə imkan yaradır.

Qeyd etmək lazımdır ki, sentyabr ayında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən tədbirləri zamanı Lavrovun jurnalistlərindən ibarət qrupun vizalarına ərazi məhdudiyyəti tətbiq edilmişdi. Bu məhdudiyyətlər onlara yalnız Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahının yerləşdiyi ərazidən 25 mil (təxminən 40 kilometr) radiusda hərəkət etməyə icazə verirdi.

Bu məhdudiyyətlər rusiyalı jurnalistlərin Vaşinqton və digər şəhərlərə səfərlərini və həmin ərazilərdə işlərini məhdudlaşdırırdı. Belə şərtlər 2023-cü ildən bəri qüvvədə idi və jurnalistlərin ABŞ daxilində fəaliyyətinə ciddi maneələr yaradırdı.

Sergey Lavrovun bu həftə ABŞ-a səfəri və G20 xarici işlər nazirlərinin oktyabrın 30–31-də Atlantada keçiriləcək görüşündə iştirakı planlaşdırılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: