Deputat: “Xaricdə qiymətlər Azərbaycandan qat-qat yüksəkdir"

“Tarif Şurasının son qiymət artımı ilə bağlı qəbul etdiyi qərar əsaslı şəkildə qəbul olunub. Yəni bu zərurətdən irəli gəlmiş bir addım idi. Çünki Tarif Şurası təqdim olunmuş qiymətlə bağlı ümumi vəziyyətə baxıb və araşdırıb. Müəyyən olunub ki, Azərbaycanda ictimai nəqliyyatın qiyməti çox aşağı səviyyədədir. Bu qiymətlə ictimai nəqliyyatı idarə etmək, saxlamaq qeyri-mümkündür”.
Minval.info xəbər verir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, ictimai nəqliyyat həm də mütəmadi olaraq dövlət tərəfindən maliyyələşdirilir və dövlətin himayəsindədir: “Təbii ki, bu artıma ehtiyac var idi. Qiymətlərin 20 qəpikdən 30 qəpiyə qaldırılması o qədər də böyük fərq deyil. Dünyada ictimai nəqliyyatda qiymətlər Azərbaycandan qat-qat yüksəkdir. Mən Tarif Şurasının qərarını normal qəbul edirəm. Bu məsələlərə siyasi don geyindirməyə və insanlar arasında narazılıq yaratmağa gəlincə deyə bilərəm ki, bu heç də düzgün hal deyil. Bu çox vacib iqtisadi və zərurətdən yaranmış bir qərardır”.
Qeyd edək ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orxan Camalı MAR-a kim, niyə göndərib:
Vasif Talıbovun oğlu vəzifəsindən azad edilib?
Qəzada ölən dünya çempionunun sevgilisindən ürək parçalayan sözlər - FOTOLAR
Vidadi Muradovun yazışmaları üzə çıxdı - “250 000 İsraildə lazımdır...”
"Azərsu" Bakını bürüyən selin səbəbini açıqladı (RƏSMİ)
“AST Telman” Putinlə bütün körpüləri yandırdı