“Dedilər “yaxşıya doğru gedir”, axırda uşağımızın meyitin verdilər” - Ölən uşağın əmisi (VİDEO)
Xəbər verdiyimiz kimi, Şabran rayonunda 7 yaşlı Gülnur Dadaşovaya antibiotik iynə vurulduqdan sonra dünyasını dəyişib.
“Minval.info” xəbər verir ki, qafqazinfo-nun əməkdaşı uşağın ailə üzvləri ilə görüşüb.
G.Dadaşovanın əmisi Elman Dadaşov bildirib ki, uşağın boğazı ağrıyıb və qızdırmalı olub. Buna görə həkimə aparılıb:
“Uşaq həkimi İradə Həmidova tərəfindən antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb və koma vəziyyətinə düşüb. Ağzından köp gəlib, ciyəri partlayıb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bir gün yalvardıq ki, ya həkim gətirin, ya da verin bizə. Heç nə etmədilər. Elə dedilər “yaxşıya doğru gedir”. Axırda uşağımızın meyitini verdilər”.
Qeyd edək ki, xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasından Bakıdakı 2 saylı Əbülfəz Qarayev adına Uşaq Klinik Xəstəxanasına köçürülüb. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
50 yaşlı kişi ilə ailə quran qızın yaşı 17-dən çox imiş
Elçin Sadıqov və Əvəz Zeynallı ilə bağlı prezidentə müraciət olundu
Koronavirus peyvəndinin qiyməti ilə bağlı - Açıqlama
Bakirəliyini satışa çıxaran Məhbubə - Dünya ondan danışır - FOTOLAR