DÇ-2022: Serbiya Lüksemburqa, Rusiya Kiprə qalib gəlib

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V tura start verilib.
“Minval.info”un məlumatına görə, ilk oyun günündə 5 qrupda nəzərdə tutulan 13 qarşılaşmadan 6-sı başa çatıb.
Günün ilk görüşü D qrupunda Finlandiya və Qazaxıstan arasında olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
A qrupunda yer alan Azərbaycan millisi səfərdə İrlandiya ilə 1:1 hesablı heç-heçə edib. Qrupun digər matçında Serbiya evdə Lüksemburqu məğlub edib – 4:1.
G qrupunda Norveç səfərdə Latviyadan, H qrupunda isə Rusiya Kiprdən üstün olub.
DÇ-2022, seçmə mərhələ
V tur
4 sentyabr
A qrupu
20:00. İrlandiya – Azərbaycan – 1:1
Qollar: Şeyn Daffi, 87 – Emin Mahmudov, 45+1
20:00. Serbiya – Lüksemburq – 4:1
Qollar: Aleksandar Mitroviç, 22; 35, Maksim Şano, 82 (avtoqol), Nikola Milenkoviç, 90+6 – Olivye Till, 77
Qırmızı vərəqə: Jerson Rodrigeş, 90+5 (Lüksemburq)
Xal durumu: Portuqaliya – 10 (4 oyuna), Serbiya – 7 (3), Lüksemburq – 6 (3), Azərbaycan – 0 (3), İrlandiya – 0 (3)
D qrupu
17:00. Finlandiya – Qazaxıstan – 1:0
Qol: Yoen Pohyanpalo, 60
Xal durumu: Fransa – 8 (4 oyuna), Ukrayna – 4 (4), Finlandiya – 2 (2), Bosniya və Herseqovina – 2 (3), Qazaxıstan – 2 (3)
G qrupu
20:00. Latviya – Norveç – 0:2
Qollar: Erlinq Holann, 20 (penalti), Məhəmməd Elyunussi, 66
Xal durumu: Türkiyə – 8, Niderland – 7, Monteneqro – 7, Norveç – 7, Latviya – 4, Cəbəllütariq – 0
H qrupu
20:00. Kipr – Rusiya – 0:2
Qollar: Aleksandr Yeroxin, 6, Rifat Cəmaləddinov, 55
20:00. Sloveniya – Malta – 1:0
Qol: Sandi Lovriç, 45 (penalti)
Xal durumu: Xorvatiya – 7, Rusiya – 7, Slovakiya – 6, Kipr – 4, Sloveniya – 4, Malta – 4
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
PSJ Neymarın qiymətini açıqladı
“Qalatasaray” Falkao ilə yollarını ayırdı
Penaltini vura bilməyən futbolçu "Brügge"nin əsas heyətindən kənarlaşdırılıb
“Yuventus” Ronaldo ilə bağlı bəyanat yaydı
Qurban Qurbanov oğlunun oyunundan danışdı
Qurban Qurbanov: "Böyük qürurla Ağdamda oynayacağıq"
"Qarabağ" darmadağınla mərhələ adlayıb - Video