DÇ-2022: Pley-off mərhələsinin püşkü atılacaq
Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Minval.info-nun məlumatına görə, İsveçrənin Sürix şəhərində gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Püşkatma öncəsi komandalar iki səbətə bölünüb. 10 qrup qalibi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər sırasında yer alıb. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər. Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər səbətində qərarlaşıb.
Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi səpələnməmişlər səbətinə düşüb. Rusiya və Ukrayna yığmaları siyasi məsələlərə görə bir-birinə rəqib ola bilməzlər.
Səpələnmişlər
Portuqaliya
Şotlandiya
İtaliya
Rusiya
İsveç
Uels
Səpələnməmişlər
Türkiyə
Polşa
Şimali Makedoniya
Ukrayna
Avstriya
Çexiya
Qeyd edək ki, pley-off iştirakçısı olan 12 komanda üç “dördlük” təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24-25 martda, final matçları isə 28-29 martda baş tutacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?