DÇ-2022-nin seçmə oyunu hərbi çevrilişə görə təxirə salınıb
2022-ci il dünya çempionatının Qvineya və Mərakeş milliləri arasındakı seçmə oyunu təxirə salınıb.
“Minval.info”un Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytına istinadən məlumatına görə, səbəb kimi Qvineyadakı hazırkı siyasi və təhlükəsizlik sarıdan vəziyyətin qeyri-sabitliyi göstərilib.
Bütün oyunçuların təhlükəsizliyini təmin etmək və matçın rəsmi şəxslərini qorumaqdan ötrü FIFA və CAF sentyabrın 6-da Konakridə keçirilməli olan qarşılaşmanı təxirə salmağa qərar verib.
Qeyd edək ki, Qvineyada hərbi çevriliş baş verib. Silahlı qrup ölkə prezidentini girov götürüb, konstitusiyanın fəaliyyətini dayandırıb və bir həftə ərzində ölkəyə bütün giriş-çıxışları dayandırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?