DÇ-2018-də ilk təyinatlar

Rusiyada keçiriləcək DÇ-2018-inilk təyinatları açıqlanıb.
Minval.İnfo apasport.az-a istinadən xəbər verir ki, yarışın açılış matçını idarə edəcək hakimlərin adlarına aydınlıq gəlib.
İyunun 14-də baş tutacaq Rusiya – Səudiyyə Ərəbistanı matçını argentinalı hakimlər idarə edəcək. “Lujniki”dəki matçın baş hakimi Nestor Pitana olacaq.
Ona Xuan Pablo Belyati və Ernan Maydana kömək edəcəklər. Dördüncü hakim isə braziliyalı Sandru Riççi olacaq.
Açılış matçının videotəkrar hakimləri briqadasına Massimiliano İbrati (İtaliya) rəhbərlik edəcək. Onun köməkçiləri Mauro Vilyano (Argentina), Karlos Astrosa (Çili) və Daniele Orsato (İtaliya) olacaq.
Qeyd edək ki, Rusiya – Səudiyyə Ərəbistanı matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır