Daşkəsəndə açıq havada ilk Milli kino seansı: 'Tağıyev: Neft' filmi tamaşaçıları heyran etdi
Daşkəsən rayonunda Azərbaycan Kinosu Günü münasibətilə açıq hava şəraitində ilk dəfə milli kino seansı təşkil edilib. Bu tədbir ‘AzerGold’ QSC və Bakı Media Mərkəzinin birgə təşəbbüsü, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.
Minval.info xəbər verir ki, tədbir çərçivəsində Bakı Media Mərkəzinin istehsalı olan ‘Tağıyev: Neft’ adlı tammetrajlı bədii film nümayiş olunub. Bu film, kino həvəskarlarına Azərbaycan kinosunun müasir və uğurlu nümunələrindən birini izləmək imkanı verib.
Tarixi bioqrafik dram janrında çəkilən ‘Tağıyev: Neft’ filminin baş prodüseri Arzu Əliyeva, rejissoru isə Zaur Qasımlıdır. Film, böyük xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunmuş dördhissəli layihənin ilk hissəsidir. Ekran əsərində Tağıyevin neft sənayesindəki fəaliyyəti və milli inkişaf üçün gördüyü işlər bədii şəkildə təqdim edilir.
Qeyd etmək lazımdır ki, ‘Tağıyev: Neft’ filmi Azərbaycanın 98-ci ‘Oskar’ mükafatları üçün ‘Ən yaxşı beynəlxalq tammetrajlı film’ nominasiyasında rəsmi namizəd olaraq irəli sürülüb.
Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində xüsusi olaraq quraşdırılmış açıq hava kinoteatrında keçirilən nümayişi 600-dən çox tamaşaçı izləyib və böyük maraqla qarşılanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!