Danielyandan SENSASİON AÇIQLAMA: “Ermənistan Azərbaycan dilini...”
“Kollektiv Təklükəsizlik Müqaviləsi Təşkilatı təlimlərinin Ermənistanda keçirilməsindən imtina bu ölkənin gücünü Türkiyəyə tabe etmək məntiqinə uyğun gəlir”.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikir ekspert Stepan Danielyan tərəfindən səslənib. Onun fikrincə, bütün bu proses Azərbaycana (həm də Türkiyəyə) dəhliz verilməsi ilə bağlı razılaşmanın əldə olunmasıyla nəticələnə bilər.
Erməni politoloqun sözlərinə görə, Ermənistan hakimiyyətinin gələcəkdə türk və ya Azərbaycan dilini ikinci, bəlkə də birinci rəsmi dil kimi tanıması tamamilə mümkün görünür. Onun bildirdiyinə əsasən, Ermənistanın 2020-ci ildə müttəfiq kimi məğlub olması əslində Rusiyanın zəifləməsinin təzahürüdür və bu səbəbdən də Moskva Türkiyəni bölgəyə daxil etməyə məcbur qalıb. “Növbəti mərhələdə isə biz Türkiyə-İran qarşıdurmasını, hətta Ermənistan ərazisi də daxil olmaqla, müharibəni görəcəyik”, – deyə Stepan Danielyan fərziyyə yürüdüb.
Onun iddiasına görə, İran təlimi olmasaydı, Türkiyə və Azərbaycan onsuz da Sünikdə olardı: “Tehran olmasaydı, Sünik məsələsi çoxdan həll olunmuşdu. Dəhliz İranı təhdid edir”.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Trampdan İrana ən sərt xəbərdarlıq: "Hörmüzdə hücum olsa, cavab ağır olacaq"
İsrailli nazir: Türkiyə ilə hərbi qarşıdurma sabah da baş verə bilər
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar