Daha 3 qazi müalicə məqsədi ilə Türkiyəyə göndərilib - FOTO
“YAŞAT” Fondu tərəfindən daha 3 qazimiz müalicə məqsədi ilə Türkiyəyə göndərilib.
“Minval.info” xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Müalicə məqsədilə ağır yaralanan üç qazi – Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu, İsmayılov İsrail Asif oğlu “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Onlardan ikisi – Musayev Vadim Fikrətoviç və Salayev Namiq Həsən oğlunun müalicəsi davam etdiyindən təkrarən yola salınıblar.
Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, bu günə qədər 175 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda qanunsuz tikinti - Çökdü, yenidən tikdilər, yolu bağladılar - VİDEO
Azərbaycanda dəfn qaydalar dəyişdi - Prezident qanunu təsdiqlədi
Kirayə qalanlar necə mənzil sahibi ola bilər? - Əsas tələblər
“Azərsu” 10 aya 21 mindən artıq sayğac quraşdırıb
"Lüks həyat yaşamaq arzularıyla ömürlərini puç edirlər" - Aparıcı
Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı