10.10.2026 - 11:58
BDYPİ sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
Hadisə 163 baxış

BDYPİ sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitində gözlənilən dəyişikliklər səbəbindən sürücülərə müraciət edib. Publika.az-ın məlumatına görə, bu barədə BDYPİ-dən açıqlama verilib.

Bildirilib ki, ölkə ərazisində yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. Yaş yol örtüyü nəqliyyat vasitəsinin idarə olunmasına və əyləc məsafəsinin uzanmasına təsir göstərir. Belə şəraitdə yol nişanlarını və digər hərəkət iştirakçılarını vaxtında görmək çətinləşdiyindən, sürücülərin daha diqqətli və ehtiyatlı olmaları vacibdir.

BDYPİ hazırda yağışlı hava şəraiti ilə müşahidə olunan həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı və nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı tövsiyə edir. Sürücülər sürət həddini yol və görünüş şəraitinə uyğun seçməli və təhlükəsiz ara məsafəsini saxlamalıdırlar.

Yollarda diqqətli və məsuliyyətli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. BDYPİ sürücüləri müraciətdə qeyd olunan tövsiyələrə ciddi yanaşmağa və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alaraq hərəkət etməyə çağırır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: