11.10.2026 - 12:54
Yaponiyaya uduzan millimiz dünya çempionatında mübarizəni dayandırdı
İdman 148 baxış

Yaponiyaya uduzan millimiz dünya çempionatında mübarizəni dayandırdı

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan yığması qarışıq komanda yarışında Yaponiya millisi ilə qarşılaşıb. Publika.az xəbər verir ki, 1/8 finalda üz-üzə gələn yığmamız 1:4 hesabı ilə məğlub olaraq mübarizəni erkən bitirib.

Öncəki mərhələdə, 1/16 finalda, cüdoçularımız Avstriyaya qarşı 4:0 hesabı ilə inamlı qələbə qazanmışdı. Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva, Xədicə Qədəşova, Südabə Ağayeva, Hanna Zaytseva və Madina Kaisinova yer alıb. Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev, Zelim Tçkayev, Süleyman Şükürov, Zelim Kotsoyev və Uşanqi Kokauri komandanın heyətinə daxil edilib.

Yarışlar Milli Gimnastika Arenasında baş tutub və burada 18 ölkənin 192 cüdoçusu iştirak edib. Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə ilə, yəni 7 medalla başa vurub. Əhməd Yusifov qızıl, Zelim Tçkayev və Uşanqi Kokauri gümüş, Rəşid Məmmədəliyev, Ömər Rəcəbli, Murad Fətiyev və Kənan Nəsibov isə bürünc medala sahib çıxıblar.

Messi ƏLAQƏLİ
Bunu da oxu

Messi

11.10.2026 - 12:04
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: