10.10.2026 - 13:08
Rostova dron hücumu: 6 nəfər yaralandı
Hadisə 195 baxış

Rostova dron hücumu: 6 nəfər yaralandı

Rusiyanın Rostov vilayətinə gecə saatlarında həyata keçirilən dron hücumu nəticəsində altı nəfər xəsarət alıb. Azov dənizində yerləşən iki gəmiyə də ziyan dəyib, lakin gəmidə ölən və ya xəsarət alan yoxdur.

Publika.az-ın məlumatına görə, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar açıqlama verib. Onun sözlərinə görə, gecə ərzində bölgədə 100-dən çox dron məhv edilib və ya ələ keçirilib. Yaralanan altı nəfər tibbi yardıma müraciət edib.

Rostov-Donda bir neçə mənzil binası və fərdi ev müxtəlif ziyanlara məruz qalıb. Batayskda isə boş bir yeni bina zərər görüb.

Qubernator əlavə edib ki, təcili yardım xidmətləri hadisə yerində fəaliyyətlərini davam etdirir. Yanğınsöndürənlər sənaye anbarlarındakı yanğını söndürmək üçün çalışır.

Yuri Slyusar həmçinin bildirib ki, əvvəllər zərər görmüş dəmir yolu körpüsündə qatar xidməti tam bərpa edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: