Rusiyada "Yandex" data mərkəzinə PUA hücumu olub
Baku.ws-ın məlumatına görə, Rusiyada “Yandex” şirkətinə məxsus data mərkəzi növbəti dəfə pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Hücum nəticəsində şirkətin rəqəmsal xidmətlərində fasilələr yaranıb.
Şirkət, Vladimir vilayətində yerləşən data mərkəzinin infrastrukturunun ciddi şəkildə zədələndiyini və obyektin fəaliyyətinin tamamilə dayandırıldığını açıqlayıb. Bu hadisə “Yandex”in data mərkəzlərinə üçüncü hücum kimi qeyd edilir.
Məlumata görə, hücum sonrası Rusiyanın müxtəlif bölgələrində, xüsusilə Sibirdə “Yandex Go”, “Yandex Pay”, “Yandex Yeda”, “Yandex Pro”, “Alisa” və başqa xidmətlərdə problemlər yaşanıb.
Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev hadisənin 5 min sakini elektrik enerjisi ilə təmin edən iki yarımstansiyanın sıradan çıxmasına səbəb olduğunu bildirib. O, elektrik təchizatının 80 faizinin, istilik və su təchizatının isə tam bərpa edildiyini qeyd edib.
Bundan əlavə, Ukrayna tərəfindən Rusiyanın Soçi şəhərinə də pilotsuz uçuş aparatları ilə zərbə endirildiyi və PUA qalıqlarının hava limanının ərazisinə düşdüyü bildirilib.
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qiyaməti xatırladan dəhşətli daşqın: onlarla bina bir anda yox oldu
İngiltərədə kaplan kafesinə girən şəxs həyatını itirdi
“Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi” təlimi keçirildi
Moskva küçələrində dəhşət: Uşaqlarını boğan ana saxlanıldı
Jurnalistin məzarından oğurlanan barelyef bərpa edildi
ABŞ-ın Qolf Sahilini vuran Isaias qasırğası enerji böhranı yaratdı
Braziliyada girov götürülən 13 uşaq xilas edildi, şübhəli öldürüldü