Dərnəgüldə təhlükəli vəziyyət: Yol çökmə ərəfəsində?
Dərnəgül istiqamətində hərəkət edən sürücülər diqqətli olmalıdırlar, çünki bu yolda təhlükə mövcuddur. Böyük Şor gölündən bu istiqamətə gedən yolda beton panellərin altından su sızması müşahidə edilir.
Minval.info xəbər verir ki, suyun axması nəticəsində panellərin altındakı torpaq yuyularaq ərazidə boşluqların yaranmasına və çökmə təhlükəsinə səbəb olur. 2023-2024-cü illərdə inşa edilən bu yolun tikintisi zamanı drenaj sisteminin quraşdırıldığı bildirilmişdi, lakin mövcud vəziyyət bu sistemin effektivliyini sual altına qoyur.
Bundan əlavə, beton panellərin üzərindəki üzlüklərin tökülməsi də ciddi problem olaraq qalır. Daha əvvəl küləyin təsiri ilə üzlüklərin qoparaq təhlükə yaratdığı bildirilmişdi, lakin bu məsələnin həlli üçün hələlik heç bir tədbir görülməyib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək