Dəmir yolu ətrafında yaşayanlara xəbərdarlıq: Təhlükəsizlik tədbirləri sərtləşir!
Dəmir yolu ətrafında yaşayanlar üçün yeni təhlükəsizlik tədbirləri təsdiqlənib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası, dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar qaydalarını qəbul edib.
Minval.info xəbər verir ki, bu qaydalar, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələrin bir hissəsidir. Bu layihələr Bakı – Xırdalan – Sumqayıt və Bakı – Pirşağı – Sumqayıt dəmiryol xətlərinin təkmilləşdirilməsini, eləcə də digər dəmiryol xətlərinin bərpasını əhatə edir.
Qaydalara əsasən, dəmir yolunun təhlükəsizlik zonası, dəmiryol xətlərinin oxlarının hər iki tərəfinə 11 metr məsafədə xüsusi istifadə rejimi olan torpaq sahələrini əhatə edir. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bu zonalarda qoruyucu çəpərlər və ya torlar quraşdırılacaq və təhlükəsizlik zonasından keçidlərdə xüsusi tədbirlər görüləcək.
Təhlükəsizlik zonasında videomüşahidə sistemləri quraşdırılaraq 24/7 rejimində nəzarət ediləcək. Bu zonalarda digər tikililərin yerləşdirilməsinə icazə verilməyəcək.
ADY, dəmir yolu infrastrukturunun modernləşdirilməsi və təhlükəsizliyin artırılması üçün genişmiqyaslı işlər aparır. Maarifləndirmə tədbirləri, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi və yol nişanlarının yenilənməsi kimi işlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır