Dələduzluq edən politoloqa hökm oxundu
Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sabiq sədr müavini Orxan Daşdəmirli, onun tanışı İlkin Babayevə hökm oxunub və hər iki şəxs 10 min manat cərimə edilib.
Bakupost.az -ın xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Bildirilib ki, təqsirləndirilən şəxslərin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
İttiham aktına əsasən, O.Daşdəmirli ilə İ.Babayev bir nəfərdən Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən torpaq sahəsinə rəsmi çıxarış almaq vədi veriblər. Bu məqsədlə onlar vətəndaşdan 28 min manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.
Cinayət materialında qeyd edilib ki, hər iki şəxs həmçinin vətəndaşı rüşvət verməyə təhrik edib.
Xatırladaq ki, O.Daşdəmirli KİV-də politoloq qismində siyasi şərhlərlə də çıxış edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu