COVID pasportunu rüşvətlə almaq istəyənlərə XƏBƏRDARLIQ
Vaksinasiya prosesində neqativ hallara yol verilir. ASAN Radioya bir neçə fakt daxil olub. Vətəndaş tibb işçisinə müəyyən ödəniş müqabilində peyvənd sertifikatı ala bilir. Məlumatımıza görə, vətəndaş “prosesdə” guya iştirak edir, lakin peyvənd bədənə vurulmur. Saxtakarlıq hallarının aradan qaldırıması üçün əlaqədar qurumlara müraciət ünvanlamışıq.
Yeniavaz.com-un xəbərinə görə, Səhiyyə Nazirliyindən ASAN Radioya bildirilib ki, nəzarət kameraları, vətəndaş şikayətləri və bənzər müraciətlər nəzərə alınaraq vaksinasiya prosesinin şəffaflığı daimi diqqətdə saxlanılır.
Bir daha xəbərdarlıq edilir ki, hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.
Azərbaycanda rüşvət almaq kimi rüşvət vermək də cinayətdir. Bu səbəbdən baş vermiş neqativ hallarda hər iki tərəf məsuliyyət daşıyır. Vətəndaşlardan xahiş olunur ki, şahid olduqları neqativ hallarla bağlı səhiyyə qurumlarına və hüquq mühafizə orqanlarına məlumat versinlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...