COVID-19-dan sonra itirilən saçları necə bərpa etmək olar? – Mütəxəssis məsləhəti
Moskva Dövlət Universiteti klinikasının endokrinoloqu, tibb elmləri namizədi Zuxra Pavlova koronavirus infeksiyasından sonra tökülən saçları necə bərpa etməyin yollarını açıqlayıb.
“”Minval.info” xəbər verir ki, mütəxəssisin fikirlərini “RİA Novosti” agentliyi dərc edib.
Endokrinoloq qeyd edib ki, pandemiyaya yoluxan şəxslər xəstələnəndən təxminən bir ay sonra saç tökülməsindən şikayətlənirlər.
Z. Pavlova bildirib ki, COVID-19 zamanı bədən metabolik xəstəliklər də daxil olmaqla, ağır stress yaşayır və nəticədə saçlar tökülməyə başlayır.
Endokrinoloq hesab edir ki, düzgün qidalanma və fiziki aktivlik kökü zəifləmiş saçları qidalandırmaq və bərpa etmək üçün ən yaxşı vasitədir.
“Zülalla zəngin qidalardan istifadəyə üstünlük vermək, vitaminlərin qəbulu, çox gəzmək və aerobika ilə məşğul olmaq saçların qidalanmasına müsbət təsir göstərir”, – deyə tibb elmləri namizədi vurğulayıb.
Mütəxəssis həmçinin əlavə edib ki, saçları sıx yığmaq, onları fenin istisi ilə səliqəyə salmaq və köklərini boyamaq saç tökülməsini sürətləndirən səbəblərdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır