82 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı
Publika.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Əməliyyat nəticəsində ümumilikdə 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, əməliyyatlar paytaxt Bakı, Gəncə və Sumqayıt şəhərlərində keçirilib. Bu tədbirlər çərçivəsində Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin Əliyev saxlanılıb.
Araşdırmalar göstərib ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən narkotacirlərin tapşırıqları ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələrin gətirilməsini və onların qanunsuz dövriyyəsini təşkil ediblər.
Faktlarla bağlı cinayət işləri açılıb və saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Narkotik ticarətində xarici vətəndaşlarla əlaqəli şəxslər saxlanıldı
Ağsuda dəhşət: pivə üstündə yeniyetməni öldürmək istədilər
“General Hospital” 20 min manat cərimə edildi
Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü
Milyarder Süleymanovun işində killerlər ortaya çıxdı: İki nəfər həbs edildi