Hesablama Palatası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini yoxlayıb
Hesablama Palatası Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2023-2025-ci illər üzrə fəaliyyətini səmərəlilik auditi formasında qiymətləndirib. Baku.ws-ın məlumatına görə, auditin əsas məqsədi Agentliyin fəaliyyətinin təşkilinin və icrasının səmərəliliyinin yoxlanılması olub.
Məlumata görə, TKTA-nın fəaliyyəti ali təhsildə keyfiyyətin təminatını gücləndirməyə yönəlib və bu, məzunların həm ölkə daxilində, həm də xaricdə məşğulluğuna müsbət təsir göstərib. Xarici kvalifikasiyaların tanınması sahəsində saxta diplomların aşkarlanması və məhkəmə qərarlarının əksəriyyətinin TKTA-nın mövqeyini dəstəkləməsi qurumun hüquqi əsaslılığını təsdiqləyib.
Audit nəticələri göstərib ki, TKTA-nın fəaliyyətində idarəetmə, maliyyə və institusional inkişaf sahələrində müəyyən problemlər mövcuddur. Bu nöqsanlar qurumun effektivliyinə və maliyyə dayanıqlılığına mənfi təsir göstərib, keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsini əngəlləyib.
Hesabatın əsas məqamları
TKTA-nın Elm və Təhsil Nazirliyinin tabeliyində olması və Akkreditasiya Şurasına icra orqanının rəhbərinin sədrlik etməsi maraqların toqquşması risklərini artırıb. Bu, beynəlxalq akkreditasiya imkanlarını məhdudlaşdırıb və strateji planlaşdırmada çatışmazlıqlara səbəb olub.
Audit nəticələri göstərib ki, dövlət vəsaitləri bəzi hallarda təyinatına uyğun istifadə edilməyib və satınalma proseslərində müsabiqəli mühit formalaşdırılmayıb. Funksional fəaliyyətin gəlirləri xərcləri qarşılamayıb, xüsusən də əməkhaqqı xərclərini.
Ümumilikdə, audit TKTA-nın fəaliyyətinin daha səmərəli olması üçün idarəetmə modelinin və hüquqi bazanın təkmilləşdirilməsini, beynəlxalq standartlara uyğun islahatların həyata keçirilməsini zəruri hesab edib.
ƏLAQƏLİ
Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatında rekord artım müşahidə edilir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Volvo Cars dünya üzrə 2,500 iş yerini ixtisar edəcək
Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatında rekord artım müşahidə edilir
Şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
AİB iqlim maliyyəsini 30 milyard avroya çatdıracaq
Azərbaycanda benzin və dizel avtomobillərinin istifadəsi dayandırılır
Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq